"ANADAN OLANDA HEÇ KİM DÜNYAYA QƏHRƏMAN KİMİ GƏLMİR. QƏHRƏMANLAR DÖYÜŞDƏ DOĞULUR".
#ŞƏHİDİMİZ –adlı sosial kampaniya Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu və bir qrup könüllü gəncin təşəbbüsü ilə başlamışdır. İlboyu davam edəcək olan kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsinin qoruyub saxlanılması, şəhid ailələrinə qayğı göstərilməsi məqsədini daşıyır. Kampaniyanın fəaliyyətişəhidlərimizin və onların ailələrinin həmişə Azərbaycan gənclərinin diqqətində olduğunu bildirməyə, unudulmadıqlarını hiss etdirməyə və onlarla həmsöhbət olmağa yönəldilmişdir. Məhz bu məqsədlə Novruz Bayramı ərəfəsində «Gənc Könüllülər» aprel döyüşlərində şəhid olmuş əsgərlərin ailələrini ziyarət edir, həmsöhbət olur və onlara Novruz xonçası verərək diqqət və qayğı nümayiş etdirirlər. “Gənc Könüllülər” bu addımla bir daha sübut edirlər ki, Şəhidimiz daim qəlbimizdədir! və Qəhrəmanlar unudulmur!
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 1994-cü il may ayının 12-dən qüvvədə olan "Bişkek protokolu"na məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mövqeləri və yaşayış məntəqələri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu güclü artilleriya atəşinə məruz qaldı. 4 günlük müharibə kimi tarixə düşən Aprel döyüşləri atəşkəs dövrünün ən iri miqyaslı toqquşmasıdır.
Erməni silahlı qüvvələri tərəfindən kəndlərin atəşə tutulması nəticəsində 6 mülki sakinimiz dünyasını dəyişib. Döyüşlər zamanı 94 hərbçimiz şəhid olub, 44-ü yaralanıb. Şəhid olanlardan 48 nəfəri əsgər, 12-si müddətdən artıq hərbi xidmət qulluqçusu, 12-si gizir, 22-si isə zabitdir.
Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi kimi strateji cəhətdən mühüm ərazilər azad edildi. Həmin ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Əldə edilən məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Atəşkəs
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılmışdır. Razılaşma Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirmişlər.
Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması haqqında razılıq əldə edildi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Rəsmi Azərbaycan bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır.Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Bu məqsədlə ölkə başçısı cənab İlham Əliyev 24 yanvar 2017-ci il tarixində “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılmışdır.
Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Ermənilər Azərbaycan əsgərinin qarşısında diz çöküb məğlub oldular.
Bu gün əli silah tutan hər kəs vətən uğrunda döyüşməyə hazırdır. Son döyüşlər bir daha göstərdi ki, ordumuzun potensialı böyükdür. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin yalnız başlanğıc nöqtəsidir.
"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq".
1. Mahir Sabir oğlu Mirzəyev
2. Əli İntiqam oğlu Heydərov
3. Ülvin Cəmaləddin oğlu Məmmədov
4. Dilsuz Məmmədağa oğlu Qarayev
5. Sarvan Natiq oğlu Mehrəliyev
6. Ömər Məzahir oğlu Cəbrayılov
7. Toğrul Habil oğlu Fərəczadə
8. Pəncəli Nurməmməd oğlu Teymurov
9. Mahir Qədir oğlu Quliyev
10. Emin İmran oğlu Bağırov
11. Cabbarxan İlham oğlu Hacıağayev
12. Təbriz Tariyel oğlu Musazadə
13. Murad Telman oğlu Mirzəyev
14. Urfan Üzeyir oğlu Vəlizadə
15. Mirzə Sərvər oğlu Novruzov
16. Əbu Bəkir Vüqar oğlu İsmayılov
17. Mahmud Azər oğlu İbrahimov
18. Xaliq Həsən oğlu Əzizzadə
19. Fəxrəddin Seyfəddin oğlu Qurbanlı
20. Müşviq Arif oğlu Orucov
21. Kamran Faiq oğlu Şirəliyev
22. Səbuhi Rəfayıl oğlu Musayev
23. Ziya Niyazi oğlu Həsənov
24. Şahin Yaşar oğlu Cavadzadə
25. Məhəbbət Zaman oğlu Mirzəyev
26. Ruhin Əşrəf oğlu Qəhrəmanov
27. Hüseyn Zeynal oğlu Dəmirli
28. Fərahim Adışirin oğlu Novruzov
29. Röyal İmran oğlu Nəsirov
30. Elnur Adil oğlu Əliyev
31. İnqilab Çingiz oğlu Quliyev
32. Bəxtiyar Rəfael oğlu Hüseynov
33. Teymur Mikayıl oğlu Qasımov
34. Sərxan Azər oğlu Bağırov
35. Nəcməddin Akif oğlu Savalanov
36. Cavid Gülbala oğlu Dədəkişiyev
37. Mikayıl Yaqub oğlu Vahabzadə
38. Tural Gülşad oğlu Qurbanov
39. Əlizaman Fərrux oğlu İslamov
40. Rusif İbrahim oğlu Ağayev
41. Natiq Namiq oğlu Tahirli
42. Firdovsi Əliş oğlu Bağırzadə
43. Nurlan Bayram oğlu Əsgərov
44. Rahim Qara oğlu Tağıyev
45. Adil Kamran oğlu Adilzadə
46. Rüstəm Oruc oğlu Əhmədov
47. Teymur Sabir oğlu Qasımov
48. Vaqif Dilqəm oğlu Bayramov
49. Rasim Əbdül oğlu Məmmədov
50. Elimdar Səlimxan oğlu Səfərov
51. Samit Gülağa oğlu İmanov
52. Orxan Məhəmməd oğlu Əliyev
53. Mühid Qurban oğlu Orucov
54. Elvin Məmməd oğlu Namazov
55. Sahil Həsrət oğlu Şirinov
56. Orxan Ələsgər oğlu Müstəcəbov
57. Əmiraslan Xəlil oğlu Xeyirbəyov
58. Yalçın Namiq oğlu Osmanov
59. Rizvan Telman oğlu Muradov
60. Babək Vəfadar oğlu Abidov
61. Rəşid Rövşən oğlu Mehdiyev
62. Elşən Səlim oğlu Səmədov
63. Samir Ziyəddin oğlu Qaçayev
64. Nazim Nadir oğlu Zəkarayev
65. Vüqar Natiq oğlu Süleymanov
66. Orxan Kazım oğlu Hümbətov
67. Elnur İsgəndər oğlu İsgəndərov
68. Altun Fərman oğlu Dəmirli
69. Vüsal İlham oğlu Alıyev
70. Təbriz Hamlet oğlu Əsgərov
71. Vüqar Nurəddin oğlu Yusifov
72. Nurlan Cəmil oğlu Qasımov
73. Raquf Cahangir oğlu Orucov
74. Murad Vaqif oğlu Məmmədov
75. Şulan Bayram oğlu Bayramov
76. Əbdülməcid Nadirşah oğlu Axundov
77. Seymur Qulamhüseyn oğlu Baxışov
78. Nicat Bəhruz oğlu İsgəndərov
79. Mirsalam Təvəkkül oğlu Cəfərov
80. İlkin Azadxan oğlu Mirzəyev
81. Elvin Sədrəddin oğlu Qayıbov
82. Əmrah Aydın oğlu Yüzbəyov
83. Elvin Azadxan oğlu Mirzəyev
84. Ravil Elman oğlu Novruzov
85. Nürəddin Etimad oğlu Mirzəyev
86. Sərxan Oqtay oğlu Bayramov
87. Rəvan İsmayıl oğlu Nurayev
88. Nurlan Rasim oğlu Abdullayev
1905-1907-ci illərdə azərbaycanlılara qarşı törədilmiş qırğınlar
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, Azərbaycanın əzəli və əbədi torpaqlarının bölünməsinə gətirib çıxardı.. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının işğalı başladı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi prosesi başladı. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldula və bunun nəticəsində də Azərbaycan ərazisində süni bölgülər yarandı. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetrildi. Bundan əlavə tarix və mədəniyyət nümunələri dağıdıldı. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını gizlətmişlər.
1918-ci il 31 mart soyqırımı
Birinci Dünya müharibəsi və Rusiyada 1917-ci il inqilablarından sonra yaranmış vəziyyətdən istifadə edərək, ermənilər bolşevizm bayrağı altında öz məqsədlərini reallaşdırmağa başladılar. Belə ki, əks-inqilabçı ünsürlərlə mübarizə şüarları altında 1918-ci ilin mart ayında Bakı kommunası bütün Bakı quberniyasında azərbaycanlıların məhvinə yönəldilmiş planı həyata keçirməyə başladı. Minlərlə azərbaycanlı yalnız öz etnik mənsubiyyətinə görə Bakı ilə yanaşı, Şamaxı və Quba rayonlarında, həmçinin Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində qətlə yetirilmişdir. Bu ərazilərdə mülki əhali kütləvi şəkildə qırılmış, kəndlər yandırılmış və milli mədəniyyət abidələri dağıdılaraq məhv edilmişdir.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Bununla da kifayətlənməyib Ermənilər Dağlıq Qarabağa qarşı ərazi iddiası etdilər. Baxmayaraq D.Qarabağın dağlıq hissəsi Azərbaycana məxsus idi amma inzibati sərhədlərdə Ermənilərin üstünlük təşkil etməsi 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsinə gətirib çıxardı. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Bu mövzuda qanunsuz qərarların verilməsinə o zamankı Erməni icmasının da xüsusi rolu olmuşdur.
1990-cı il 20 yanvar faciəsi
1987-ci ildə Ermənistanın Azərbaycana qarşı təcazvüzkar siyasətinin yeni mərhələsi başladı. 1988-ci ildə Əsgəran qəsəbəsində 1 Azərbaycanlı mülki şəxs qətlə yetirildi və o münaqişənin ilk qurbanı hesab edilir. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənirdi. 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədi ilə Bakıya qoşunlar yeridildi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.
1992-ci il Xocalı soyqırımı
1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Bir sözlə Xocalı faciəsi təkcə Azərbaycanın deyil bəşər tarixinin ən dəhşətli faciələrindən biridir.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Hücüm zamanı şəhərdə olan 2500-ə yaxın əhali Azərbaycanlıların nəzarətində olan ərazilərə qaçmaqla xilas olmağa çalışdılar amma təssüflər olsun ki, onların arzusu reallaşmadı. Naxçıvan və Pircamal kəndləri yaxınlığında qurulan erməni postlarından açılan atəş nəticəsində əhalinin çox böyük bir qismi amansızlıqla qətlə yetrildi.
Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.
Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.
Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…
Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Xocalı soyqrımına ilk hüquqi-siyasi qiymət Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Xocalı soyqrımının beynəlxalq arenada tanıdılması istiqamətində istiqamətində xeyrli işlər görülüb. Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyevanın bu yöndə fəaliyyəti təqdirəlayiqdir. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan «Xocalıya ədalət» meynəlxalq maarifləndirmə kampaniyası böyük effekt verir. Bu kampaniya çərçivəsində hər il dünyanın bir çox dövlətlərində tədbirlər keçirilir, insanlığa qarşı olan bu qətliam beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu, əvəzolunmaz fəaliyyətdir. Təbii ki, həyata keçirilən bu sistemli tədbirlər nəticəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar.
25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.
Əgər səndə Novruz Bayramı günlərində şəhid ailələrini ziyarət etmək istəyirsənsə #ŞƏHİDİMİZ kampaniyasına qoşul! Bizimlə şəhid ailələri ilə həmrəy ol, birlikdə bayramlaş!
On the other hand, we denounce with righteous indignation and dislike men who are so beguiled and demoralized by the charms of pleasure of the moment, so blinded by desire, that they cannot foresee the pain and trouble that are bound to ensue, and equal blame belongs to those who fail in their duty through weakness of will, which is the same as saying through shrinking from toil and pain.
On the other hand, we denounce with righteous indignation and dislike men who are so beguiled and demoralized by the charms of pleasure of the moment, so blinded by desire, that they cannot foresee the pain and trouble that are bound to ensue, and equal blame belongs to those who fail in their duty through weakness of will, which is the same as saying through shrinking from toil and pain.
On the other hand, we denounce with righteous indignation and dislike men who are so beguiled and demoralized by the charms of pleasure of the moment, so blinded by desire, that they cannot foresee the pain and trouble that are bound to ensue, and equal blame belongs to those who fail in their duty through weakness of will
On the other hand, we denounce with righteous indignation and dislike men who are so beguiled and demoralized by the charms of pleasure of the moment, so blinded by desire, that they cannot foresee the pain and trouble that are bound to ensue, and equal blame belongs to those who fail in their duty through weakness of will, which is the same as saying through shrinking from toil and pain.
On the other hand, we denounce with righteous indignation and dislike men who are so beguiled and demoralized by the charms of pleasure of the moment, so blinded by desire, that they cannot foresee the pain and trouble that are bound to ensue, and equal blame belongs to those who fail in their duty through weakness of will, which is the same as saying through shrinking from toil and pain.
On the other hand, we denounce with righteous indignation and dislike men who are so beguiled and demoralized by the charms of pleasure of the moment, so blinded by desire, that they cannot foresee the pain and trouble that are bound to ensue, and equal blame belongs to those who fail in their duty through weakness of will, which is the same as saying through shrinking from toil and pain.
"ANADAN OLANDA HEÇ KİM DÜNYAYA QƏHRƏMAN KİMİ GƏLMİR. QƏHRƏMANLAR DÖYÜŞDƏ DOĞULUR".