Theme Logo
#ŞƏHİDİMİZ

“Şəhidimiz” (#ŞƏHİDİMİZ) kampaniyasına Gənc Könüllülər, ASAN Könüllüləri, RİİB Könüllüləri, Bakı Şəhər Halqası Könüllüləri, BİR Tələbə Könüllüləri, Aqrar İnkişaf Könüllüləri və CAVAN Gənclər Hərəkatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Skautlar Assosiasiyasının fəalları qoşulub. Kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin qorunub saxlanılması və şəhid ailələri ilə ölkə gəncliyinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır. Bu çərçivədə gənclər Aprel döyüşlərində şəhid olan soydaşlarımızın paytaxtda yaşayan ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Bayram ziyarətində ailələrə həmçinin Novruz sovqatı çatdırılıb.

#ŞƏHİDİMİZ

#ŞƏHİDİMİZ Gənclər Aprel döyüşlərində şəhid olan soydaşlarımızın paytaxtda yaşayan ailələrini ziyarət edib.Bizimlə birlikdə şəhid ailələrini sevindir!Qoşulmaq üçün www.shehidimiz.az saytına daxil ola bilərsiniz.

Gepostet von Baku Youth Center am Montag, 25. März 2019