Theme Logo
#ŞƏHİDİMİZ

“Şəhidimiz” (#ŞƏHİDİMİZ) kampaniyasına Gənc Könüllülər, ASAN Könüllüləri, RİİB Könüllüləri, Bakı Şəhər Halqası Könüllüləri, BİR Tələbə Könüllüləri, Aqrar İnkişaf Könüllüləri və CAVAN Gənclər Hərəkatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Skautlar Assosiasiyasının fəalları qoşulub. Kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin qorunub saxlanılması və şəhid ailələri ilə ölkə gəncliyinin həmrəyliyini nümayiş etdirmək məqsədi daşıyır. Bu çərçivədə gənclər Aprel döyüşlərində şəhid olan soydaşlarımızın paytaxtda yaşayan ailələrini ziyarət edib, onlarla həmsöhbət olub və dəstəklərini nümayiş etdiriblər. Bayram ziyarətində ailələrə həmçinin Novruz sovqatı çatdırılıb.