Ələkbərov Əli Ələkbər oğlu 12 oktyabr 1985-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olub. Bakıdakı 157nömrəli məktəbin məzunu olub. İqtisad Universitetini bitirib.
O, iyul ayında Tovuzda baş verən erməni təxribatlarından sonra orduya könüllü yazılır. General Polad Həşimovun şəhid olması ona çox pis təsir edir. Hər gün müharibənin başlamasını və torpaqların azad olunmasını arzulayır. 27 sentyabrda Azərbaycan qoşunlarının növbəti erməni təxribatına cavab olaraq başlatdığı əks-hücum əməliyyatı Əlini sevindirir. Yenidən hərbi komissarlığa yollanır və istəyinə nail olur. Oktyabrın 5-də Orduya çağırılır, döyüşlərə yola düşür. Oktyabrın 17-də cəbhənin Ağdərə-Ağdam istiqamətlərində gedən döyüşlərdə qərhəmancasına şəhid olur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Əli Ələkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.