Elmaz Elmar oğlu Hacıyev 1994-cü il mayın 9-da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olub. 3 qardaş olublar. Şəhidimiz ailəli və iki övlad atası idi. Elmar və Yağmur indi atasız böyüyürlər…
Azərbaycan Ordusunun əsgəri olan Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. O, noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Yalınız 27 gündən sonra, dekabrın 1-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, dekabrın 2-də Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, əbədiyyətə yola salınıb…
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elmaz Hacıyev ölümündən sonra “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.