5 may 1992-ci ildə cəbhə bölgələrinin özünümüdafiə dəstələrinin komandirləri tərəfindən yaradılan və sədri Surət Hüseynov seçilən “Hərbi birlik” təşkilatının sərəncamına əsasən Ağdam, Tərtər, Goranboy və Kəlbəcərdən olan dəstələr və üç briqada (701-ci Kəlbəcər, 703-cü Tərtər və 708-ci Ağdam) daxil edildi. Əslində Surət Hüseynovun rəhbərliyi ilə “Hərbi birlik” cəbhənin şimal və mərkəzi hissəsindəki bütün hərbi əməliyyatların komandanlığını həyata keçirirdi.
Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum istənilən şəkildə alınmış, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlağıcı idi. Hücumda 8.000-dən çox qoşun, əlavə 4 batalyon, 90 tank və 70 piyada döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir.
Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən yaradılmış erməni qrupları əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır.
Şaumyan əməliyyatının Qarabağ müharibəsində xüsusi əhəmiyyəti var. İlk olaraq qeyd edim ki, Şaumyan rayonu Dağlıq Qarabağ Muxtar Vilayətinin iddia etdiyi Getaşen (indiki Çaykənd, Göygöl) və Martunaşenlə (indiki Qarabulaq, Göygöl) birlikdə ermənilərin sayca çox olduğu əhəmiyyətli rayonlardan biri idi. Getaşen və Martunaşenin əhalisi 1991-ci ildə SSRİ və Azərbaycan SSR ordusunun birlikdə həyata keçirdiyi “Halqa” əməliyyatı ilə yaşadıları yerlərdən qovuldu. Şaumyan rayonu əhalisinin bir qismi bu əməliyyat zamanı deportasiya olunsa da SSRİ dağıldıqdan sonra yenidən yaşadıqları regiona geri qayıtmışdılar. Gəncənin təhlükəsizliyini qorumaq və separatçıların Azərbaycanın digər rayonlarına olan iddiasını aradan qaldırmaq üçün bu ərazidə əməliyyat keçirilməsi zəruri idi. Bu əməliyyatın uğurlu olması ilə Gəncə cəbhə xəttindən 60 km-ə qədər uzaqlaşdı. Bu əməliyyat zamanı Talış kəndi istisna digər bütün ərazilər atəşkəs imzalanana qədər qorunub saxlanıldı. Şaumyan rayonu ləğv edilərək Goranboy rayonuna birləşdirildi və beləcə Goranboyun ərazisi təxminən 2 dəfə böyüdü. İşğal edilmiş ərazidə qurulan separatçı “Dağlıq Qarabağ respublikası” hələ də bu əraziyə olan iddiasını davam etdirir.