#şəhidimİZ –adlı sosial kampaniya Aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu və bir qrup könüllü gəncin təşəbbüsü ilə başlamışdır.
İlboyu davam edəcək olan kampaniya Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin xatirəsinin qoruyub saxlanılması, şəhid ailələrinə qayğı göstərilməsi məqsədini daşıyır. Kampaniyanın fəaliyyətişəhidlərimizin və onların ailələrinin həmişə Azərbaycan gənclərinin diqqətində olduğunu bildirməyə, unudulmadıqlarını hiss etdirməyə və onlarla həmsöhbət olmağa yönəldilmişdir.
Məhz bu məqsədlə Novruz Bayramı ərəfəsində «Gənc Könüllülər» aprel döyüşlərində şəhid olmuş əsgərlərin ailələrini ziyarət edir, həmsöhbət olur və onlara Novruz xonçası verərək diqqət və qayğı nümayiş etdirirlər.
“Gənc Könüllülər” bu addımla bir daha sübut edirlər ki, Şəhidimiz daim qəlbimizdədir! vəQəhrəmanlar unudulmur!
Bizə qoşul!
Əgər səndə Novruz Bayramı günlərində şəhid ailələrini ziyarət etmək istəyirsənsə #şəhidimİZ kampaniyasına qoşul! Bizimlə şəhid ailələrini sevindir, birlikdə bayramlaş!