Hərbi strateji əhəmiyyətə malik olan bu təpənin tutulması Horadiz şəhəri və Füzuli rayonunu atəş nəzarətində saxlamağa imkan verir. Lələ təpə Qarabağ müharibəsi zamanı 1994-cü il fevral ayının 11-12-də döyüş yerlərindən biri olub. Yüksəklik 1993-cü ildə Ermənistan ordusu tərəfindən tutulub. Sonra Lələtəpə 1994-cü ildə “Horadiz əməliyyatı” zamanı Azərbaycan ordusu tərəfindən ələ keçirilsə də, sonralar ağır döyüşlər nəticəsində yenidən Ermənistan ordusunun nəzarətinə keçib. 2 aprel 2016-cı ildə Lələ təpə Dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. İşğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə illər sonra ilk dəfə Azərbaycan bayrağını aprelin 2-də təxminən saat 05:45 radələrində asan hərbi qulluqçu Asim Əliyev olub