Qarabağ müharibəsi zamanı 10 fevral – 12 fevral 1992-ci il tarixləri arasında Erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən kəndinə edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlının qətlə yetirilmıişdir. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.
Təcavüzkar silahlı birləşmələrin tərkibi Suriya, Livan, ABŞ və Fransadan gəlmiş könüllü ermənilərdən idi. ATƏTin Qarabağdakı sülhməramlı missiyasının iştirakı zamanı Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri erməni silahlı birləşmələri tərəfindən ələ keçirildi. Bununla da Şuşa və Xocalı şəhərləri tamamilə blokada altına alındı.