Qafan hadisələri 1987-ci ilin sonu 1988-ci ilin əvvəllərində baş vermişdir. Bu faciə ilk etnik təmizləmə idi. Azərbaycanlılar-uşaqlar, hamilə qadınlar, yaşlı insanlar, kişilər-ayaqyalın, ac-susuz, qarın üstündə qalaraq donmuşdular, onlar öz doğma yurd-yuvalarından, torpaqlarından, kəndlərindən, bağlarından qovulmuşdur. Nəticədə 107 nəfər qətlə yetirilmiş, 200 mindən çox azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur, ancaq qaçqınların bir çoxu qarlı dağları keçə bilməyib həlak olmuşdular. Bu hadisələrdən sonra Qarabağ hadisələri başlamışdır.