1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən soyqırım. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırıldı, mülki əhali qırğına məruz qaldı
Qətliam aktı Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış, 66–90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. Ermənilər tərəfindən törədilən soyqırım zamanı Qaradağlı kəndində 91 nəfər- kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb.
Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülmüşdür. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılmış, 2 nəfərin isə başı kəsilmişdir. Kəndin yerdə qalan sakinləri isə dağlıq əraziləri keçərək Ağdama getmişdirlər.