Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərə qarşı törədilmiş poqrom aktıdır. Ermənilərlə azərbaycanlılar arasında etnik qarşıdurma 1988-ci ilin martında başlamış, ermənilər azərbaycanlılar yaşadığı evlərə hücum və talan etmişdir. 1988-ci ilin noyabrında yenidən alovlanmışdır. Bu dövrdə ərazidə yaşayan yerli ermənilərin və Azərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqromdan sonra demək olar ki, Quqarkda yaşayan bütün etnik azərbaycanlılar güclü qış şəraitində, qarlı havada qaçqın düşmüşdür. Qaçan azərbaycanlıların bir çoxu Azərbaycan SSR-ə doğru irəliləyərkən ya donaraq ölmüş, ya itkin düşmüş, ya daha sonra Azərbaycandakı xəstəxanalarda ölmüş, ya da intihar etmişdir. Buna baxmayaraq, 1989-cu ildə əslən Quqarkdan olan bir çox azərbaycanlı mənzillərini satmaq və Spitak zəlzələsindən sonra mənzillərinə dəyən ziyana görə təzminat almaq üçün geri qayıtmışdır. Lakin bütün sövdələşmələr başa çatdıqdan sonra onların hamısı evlərini tərk etmişdir.