Qardaşım Fərid Seyfullayev, müharibə vaxtı zəng edəndə deyirdi ki, bacı, mənim üçün həmişə dua elə. Yadımdadır, Mübariz İbrahimov, Fərid Əhmədov şəhid olan vaxtı videolara baxırdı. Orada Fəridin adı gələndə Əhmədov yerinə öz soyadını – Seyfullayev deyirdi. Məktəbdə tədbirlərdə hərbi formanı geyinib qürurla gəzərdi
İki dost, iki döyüş yoldaşı, iki XTQ giziri. Birinci Emin Məmmədovdur, snayper Məmmədov bölüyü pusqudan xilas edərkən şəhid olub. Digər isə Bəşir Məmişovdur, sona qədər döyüşən igidlərdəndir. Təəssüf ki, Bəşir Qubadlıda minaya düşüb və bir ayağını itirib.
Firavan Əsgərov, məlumatı döyüş yoldaşlarına çatdırmaq üçün gedən kəşfiyyatçı dostunu gözləmədən əvvəlcə qəfil atəşlə erməniləri çaş-baş salır, sonra isə onların içərisinə atılaraq əlbəyaxa döyüşə başlayır. Uşaqlıqdan qorxmazlığı, cəsarəti ilə seçilən Firavan təkbaşına 10 nəfərdən çox düşmən əsgər və zabitini məhv etsə də bu onun son döyüşü olur