2 ay sonra, sentyabrın 27-də Vətən müharibəsinə qoşulan əsgər Vüsal döyüşlərə Xocavənd rayonu istiqamətində başlayıb. Füzulinin azadlığı uğrunda qəhrəmancasına döyüşüb.
Vüsal Allahverdiyev 2020-ci il, noyabrın 6-da Xocavənd istiqamətində döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vüsal ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.